Naxçıvanın bu kəndində hamının həyətində çiyələk yetişdirilir

Bura Naxçıvanın Babək rayonunun Zeynəddin kəndidir. Zeynəddin kəndi geniş təsərrüfat sahələri və zəhmətkeş insanları ilə seçilən kəndlərdəndir. Sakinlər deyir ki, çiyələk əkmək bu kənddə bir adətə çevrilib. Yemək üçün əkən də var, satmaq üçün əkən də. Burada kişilərlə yanaşı qadınlar təsərrüfatla məşğul olur. Bu kəndi Naxçıvanın çiyələkli kəndi də adlandırırlar. Sakinlər deyir ki, çiyələk digər meyvələrlə müqayisədə daha çox zəhmət tələb edir. Odur ki, çox yerdə bunu yetişdirmək olmur. Sakinlər bildirir ki, bu il su olmaması səbəbindən bir az çətinlik çəkiblər. Bu kənddə yetişən çiyələk yalnız bazara aparılmır, bəzən alıcılar evə qədər gəlib çiyələyi sahədən toplayıb alırlar.

Müəllif | Apa.Tv
Apa.tv