Naxçıvanın daha bir kəndində yas mərasimləri ilə bağlı qadağa

 

Naxçıvanın Mahmudkənd kəndindən sonra daha bir kənddə yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Culfa rayonunun Camaldın kəndinin sakinləri yas mərasimlərində ehsan verilməsini israfçılıq hesab edirlər. Sakinlər bildirir ki, bəzən mərasim üçün bişirilən yemək və halva artıq qalır. Onların fikrincə, qadağa həm də bazarlarda ucuzlaşmaya səbəb olacaq. İndi Camaldın kəndində keçiriləcək yas mərasimlərində yalnız çay süfrəsi olacaq. Bununla yanaşı, yas mərasimlərinin üç, yeddi, qırx və il mərasimlərində də stolun üstündə digər qidalar olmayacaq, yemək verilməyəcək. Camaldın sakinləri deyir ki, bu qaydalara əməl etməyən hər hansı bir yas sahibinin mərasimində din xadimləri və kənd ictimaiyyəti iştirak etməyəcək.

Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv