Nazir və rektor diplomatiya könüllüləri ilə görüşdülər

Ölkəmiz üçün taleyüklü bir zamanda xarici siyasətin formalaşdırılması məhz Ulu Öndər tərəfindən həyata keçirilib. Bu fikri, Azərbaycan Xarici İşlər Nazirliyi və ADA-nın birgə təşkilatçılığı ilə beynəlxalq münasibətlər, diplomatiya sahələrində təhsil alan tələbələrin məlumatlılığının artırılması məqsədi ilə təşkil ounan diplomatiya həftəsinin açılışında Xarici işlər naziri Ceyhun Bayramov bildirib. Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanın xarici siyasət prioritetlərinin inkişafı bu gün də uğurla davam edir və hazırkı dövrdə ən ümdə prioritet işğaldan azad olunmuş torpaqların inkişafı və bərpasıdır. Nazir xatırladıb ki, bu günlərdə daha bir beynəlxalq əhəmiyyətli tədbirin - COP29-un ölkədə keçirilməsinə razılığın verilməsi Azərbaycanın etibarının artması, ölkənin nüfuzunun güclənməsinin sübutudur. Diplomatiya Həftəsi ərzində diplomatiya könüllüləri Azərbaycanın görkəmli diplomatları ilə tanış olacaq və onlara mühazirələr oxunacaq. Könüllülər qrupuna daha 45 nəfər qoşulub ki, onlar da müvafiq komissiyanın keçirdiyi müsabiqədən uğur qazananalardır. "ADA" Universitetinin rektoru Hafiz Paşayev çıxışında bildirib ki, hazırda bu sahəyə tələbat var. O gənclərə dünyagörüşlərinin inkişaf etdirmələri və bir neçə dilləri öyrənmələrini də tövsiyə edib. Fuad Sadıqov Həzrət Bayramlı APA TV

Müəllif | Apa.Tv
Apa.tv