“Nə qədər ki, sağıq onu mən görmək istəyirəm” - RASİM BALAYEV

“Nə qədər ki, sağıq onu mən görmək istəyirəm” - RASİM BALAYEV – APA TV Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə konfransı keçirilib. Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə baş tutan tədbir iki ittifaqın birləşməsi məqsədilə təşkil olunub. Kinematoqrafçıların birgə konfransı qalmaqallı keçib. Belə ki, kinorejissor, xalq artisti Oqtay Mirqasımov kino ittifaqlarının birləşməsinin əleyhinə çıxıb və zalı tərk edib. Buna baxmayaraq, kino ittifaqları səs çoxluğu ilə birləşib. Yeni təşkilatın adı isə Azərbaycan Kinematoqrafçılar İttifaqı olub. Daha sonra yeni ittifaqın sədrinin seçilməsi üçün səsvermə keçirilib. Bu zaman söz alan xalq artisti Şəfiqə Məmmədova yeni yaradılan kino ittifaqınının sədrliyinə namizədliyini geri götürdüyünü deyib. Beləliklə, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri xalq artisti Rasim Balayev olub. Tədbirdə, həmçinin yeni qurumun nizamnaməsi təsdiqlənib və idarə heyəti seçilib.

ORXAN ASLAN ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv