Nə yeyək ki, zəhərlənməyək? - “Salat və turşular risklidir”

Yeni il bayramı ilə əlaqədar 7 gün ərzində təcili tibbi yardıma ümumi çağırışların sayı 18 min 351, hospitala yerləşdirilənlər isə 1 840 olub. Tibb işçilərinin fikrincə, bayram günlərində xroniki, xüsusən də ürək-damar, şəkərli diabet kim xəstəliklərdən əziyyət çəkənlər və uşaqlar qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Çünki, orqanizm standart iş mexanizminə malikdir. Ona görə də bayram günlərində çox qəbul edilən qidalar düzgün həzm edilmir. Bu da mövcud xəstəliklərin kəskinləşməsinə və ağırlaşmasına səbəb ola bilər. Bəs fəsadlarla qarşılaşmamaq üçün necə qidalanmaq lazımdır? Ümumiyyətlə, Molla Nəsrəddindəki “doyan o rəhmətlik kimi olar” vəziyyətinə düşməmək üçün qidalanmanın qədərini bilmək lazımdır. Nizami Gəncəvi demişkən, ifrat içiləndə su da ziyandır.

Müəllif | Apa.Tv
Apa.tv