Nikaha daxil olmaq istəyən şəxslər hansı analizləri verməlidir?
Evliliyə hazırlaşan cütlüklər üçün ən vacib məsələlərdən biri də evlənəcək fərdlərin sağlamlıq və genetik vəziyyətlərinin qiymətləndirilməsidir. İnsanlar sağlam görünsə də müəyyən edilməmiş sağlamlıq problemləri, yoluxucu və ya irsi xəstəliklərin gizli daşıyıcısı ola bilər. Sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi qaydası müəyyən edilib. Belə ki, nikaha daxil olmaq istəyən şəxslər bu analizləri mütləq verməlidir. Terapevtin sözlərinə görə, bu xəstəliklərin ilk 6 ayda simptonları görünməsə də, daha sonra yanlış verilmış qərarlar ölümə gətirib çıxara bilər. Analizlərin gözardı etmək doğulacaq körpələr üçün də ciddi təhlükə yaradır. Qeyd edək ki, analizlər yalnız ASAN xidmətlərdə və ya Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində verilməlidir. ASAN xidmətdə verilən analizin bir nəfər üçün xidmət haqqı isə 16 manat təşkil edir.
LƏMAN SALEHOVA APA TV