Niyə əhalinin 17 faizinin ictimai nəqliyyata çıxışı yoxdur? – AYNA susur

“Kasıbınkı avtobusdur”deyir sakinlər. Avtobus olmayanda mənzil başına vaxtında çatmaq üçün taksidən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə onların ciblərinə uyğun deyil. Bu iddia reallığı nə qədər əks etdirir? Doğrudanmı minlərlə sakinin yaşadığı ərazidə ictimai nəqliyyat yoxdur? Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentiyi ilə əlaqə saxladıq. Bildirildi ki, mövzu araşdırılmalı və sonra geri dönüş edilməlidir. Amma o sonra hyansı sonradır bax bunu bilmədik. Gözdən könüldən uzaq qalan bu əraziyə avtobusların veriləcəyi günü ümidlə gözləyənlərin bu cavabdan təskinlik alması elə problemin həlli qədər mücərrəddir. Halbuki problemi bu gün Milli Məclisdə sözügedən qurumun sədri qabartmışdı. Onun sözlərinə görə, əhalinin 17%-nin ümumiyyətlə ictimai nəqliyyata çıxışı yoxdur. 26 daşıyıcı şirkət var. Avtobusların yeni dayanıqlı maliyyə modeli artıq hazırlanıb, daşıyıcılara dəstək verilməsi şəbəkəsi nəzərdə tutulur. Sakinlərin və əhalinin ictimai nəqliyyata üstünlük verməsi üçün şəhərdə 2500-dən çox avtobus olmalıdır. Hazırda bu say 2000-dən azdır.

Müəllif | Apa.Tv
Apa.tv