Növbəti köç: “Atamın oradan çıxdığı yaşda Füzuliyə qayıdıram”

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 153 nəfər köçürülüb. Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 28 ailə Qaradağ rayonu “Qobu Park- yaşayış kompleksindən, Beyləqan, İmişli və Füzuli rayonunda məskunlaşmış 7 ailə (39 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər. Köçürülənlərin nəqliyyat vasitələri karvanları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək . Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 562 ailənin, yəni 2122 nəfərin daimi məskunlaşması təmin edilib.

LƏMAN SALEHOVA TURAL ƏLİZADƏ APA TV

Müəllif | Apa.Tv
Apa.tv