Od çərşənbəsinin qəribə inancları - Odunuz hərarətli yanarsa diqqətli olun, çünki...

Bu gün çərşənbələrdən ikincisi Od çərşənbəsidir. Mifoloyi rəvayətlərə görə keçmişdə qədim insanlar ən çox nəyə ehtiyac hiss etmişlərsə, köməklərinə ən çox nə çatmışsa, onu müqəddəs olaraq qəbul edib və həmin ünsürə aid inanclar, mərasimlər yaratmışlar. Od çərşənbəsinin də qeyd edilməsi qədim insanların Günəşə, oda olan inamından irəli gəlib. Od kəşf olunduqdan sonra insanlar odu qorumuş, ocağı illərlə sönməyə qoymamışlar. El arasında od çərşənbəsinə “xəbərçi çərşənbə”, “üsgü çərşənbə” də deyilir ki, bunun da özünəməxsus mənaları var. İnanclara görə oda yaxınlaşanda gərək salam verəsən. Odun əgər gur, hərarətli yanarsa, deməli uzaqdan qonaqların gələcək. Bir də inanca görə od çərşənbəsində dünyaya gələn oğlan övladları çox mərd, cüssəli və rəhləvan olarlar. Hər yerdə olduğu kimi Masallıda da od çərşənbəsində yeməklər, şirniyyatlar hazırlanır, ocağın üstü boş qalmır. Od ətrafında odla bağlı yeniyetmələrə adət - ənənələr aşılanır. Tonqal ətrafında rəqs edib, şerlər, bayatlar söyləyirlər. Qeyd edək ki, od çərşənbəsində odun, tonqalın yandırılması həm qışın soyuğundan xilas olmaq, həm də gələcək ilin isti, bərəkətli keçməsinə işarə sayılır. Od çərşənbəniz mübarək!

İlkin Rzayev Rövşən Almazoğlu APA TV Masallı

Müəllif | Apa.Tv
Apa.tv