"Ölkədə qızılca daha çox bu rayonlardadır"
Qızılcadan ölüm halları daha çox ucqar rayonlarda olan, qayğısız qalmış uşaqlarda müşahidə edilir. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov APA TV-ə açıqlamasında deyib. Mütəxəssis həmçinin qeyd edib ki, Azərbaycanda 11 peyvəndlə idarə olunan infeksiya var. Qızılca da onlardan biridir. Ölkədə isə qızılcaya qarşı kifayət qədər peyvənd var. LƏMAN SALEHOVA VÜSAL BAYRAMOV APA TV