Ölüm saçan təlim maşınları – TƏLİMÇİLƏRİN TƏLİMƏ EHTİYACI VAR

on vaxtlar şəhərimizin küçələrində təlim maşınlarına tez-tez rast gəlirik. Avtomobil sürməyi öyrənmək istəyənlər məqsədlərinə qısa vaxtda çatmaq üçün təlimçilərə üz tuturlar. Ancaq bəzi hallarda təlim maşınları digər avtomobillərin hərəkətinə əngəl törədir. Hətta təlim maşınlarının iştirakı ilə ağır qəzaların baş verməsinin də şahidi oluruq. Belə təəssürat yaranır ki, bəzi təlimçilərin özlərinin təlimə ehtiyacı var. 20 illik sürücülük təcrübəsi olan Rəsmiyyə Hüseynova 5 ildir avtomobil təlimçisidir. O da deyir ki, təlimçilərin naşı olmağı qəzalara səbəb olur, buna görə də peşəkarlara müarciət etmək daha məqsədəuyğundur. Bütün bunlara baxmayaraq bəzən digər avtomobillər də təlim maşınlarına maneə törədir. Rəsmiyyə Hüseynova onu da əlavə edib ki, avtomobil idarə edən qadınlarla kişilər arasında böyük fərq var, kişilər avtomobili daha rahat idarə edirlər. Nəqliyyat eksperti Rövşən Həsənov isə hesab edir ki, Sovet dövründən sonra sürücülük təlimi prosesində boşluq yaranıb. Baş Dövlət Yol Polisi idarəsinin inspektoru Elvin Hacıyev deyir ki, sürmə təlimi Yol Hərəkəti Haqqında Qanunun 78-ci maddəsi ilə tənzimlənir. Sürmə təlimi keçilən nəqliyyat vasitəsi təlimə uyğunlaşdırılmalı və xüsusi nişanla seçilməlidir. Qeyd dedək ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən sürmə təlimi ilə bağlı qayda pozuntusu edənləri cərimə gözləyir. ORXAN ASLAN ELVİN MURADOV APA TV

Müəllif | Apa.Tv
Apa.tv