“Ölüsünə ağlamır, əti haradan alacağını fikirləşir”

 

“Ölüsünə ağlamır, əti haradan alacağını fikirləşir” – APA TV Və yaxud böyük evlər alıb 3 otağında yaşayırlar Hər xalqın pula fərqli yanaşması, pulu fərqli xərcləmə metodları var. Bəs biz-azərbaycanlılar, istər varlı olsun, istərsə də kasıb, puldan doğru istifadə edə bilirikmi? Pulumuzu ən çox nəyə xərcləyirik? Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz klinik psixoloq Rövşən Nəcəfov isə bildirir ki, Azərbaycanda insanlar pullarını adətən spontan olaraq, yaxud da nizamsız xərcləyirlər. Pulun idarə olunması, xərclənməsi isə ayrıca bir mədəniyyətdir. Çox təəssüf ki, ölkəmizdə belə bir mədəniyyət formalaşmayıb. İqtisadçı Rəşad Həsənov deyir ki, inkişaf etmiş ölkələrdə ailələr öz gəlirlərini və xərclərini xüsusi olaraq planlaşdırırlar. Ekspert bildirir ki, insanlar özləri üçün cədvəl tutmalı, pullarını haraya xərcləyəcəklərini orada mütləq qeyd etməlidirlər. Bu, vətəndaşlarımızı pulla daha ehtiyatlı davranmağa sövq edə bilər. Rəşad Həsənov deyir ki, insanlar böyük vəsaitlərlə alış veriş-mərkəzlərinə getməməlidirlər. AYNUR QARA HƏZRƏT BAYRAMLI APA TV

Müəllif | Apa.Tv
Apa.tv