Özündən 23 yaş böyük ərini toyda qoyub qaçan qızı qardaşı təhdid edir?

Özündən 23 yaş böyük ərini toyda qoyub qaçan qızı qardaşı təhdid edir? - APA TV Göygöldə özündən 23 yaş böyük ərini toyda qoyub qaçan qızın qardaşı tərəfindən təhdid edildiyi iddia edilir. Məlumata görə, atası xaricdə olan qızı 11-ci sinif şagirdi olan qardaşı təhdid edir. Yayılan məlumatlarla bağlı APA TV-nin çəkiliş qrupu qızın ailəsinin yaşadığı evdə olub. Qaçan qızın Anası Gülnaz Allahverdiyeva və nənəsi Simuzər Allahverdiyeva məsələ ilə bağlı açıqlama verməyib. Hər iki şəxs baş vermiş hadisə ilə bağlı ifadə vermək üçün Göygöl rayon Prokurorluğuna çağırılıb. Məsələ ilə bağlı polisdən bildirilib ki, qaçan qız tapılaraq ailəsinə təhvil verilib və şəxs barəsində hər hansı bir zorakılıq aşkarlanmayıb. Qeyd edək ki, Göygöl rayonunun Hacıməlik kənd sakini 2006-cı il təvəllüdlü Allahverdiyeva Fidan Vüsal qızın 40 yaşlı kişiyə ərə verilib. Bundan bir müddət sonra isə o, əri ilə birlikdə getdiyi toy mərasimində başqa bir kişiyə qoşularaq qaçıb. Ancaq həmin şəxs də bir müddət sonra qızdan imtina edib. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də araşdırma aparılır.

Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV

Müəllif | Apa.Tv
Apa.tv