Qadını öldürüb həyətdə basdırdı, evi satıb aradan çıxdı – Abşeronda dəhşətli cinayət
2 il əvvəl itkin düşmüş Abşeron rayon sakininin qəsdən öldürüldüyü müəyyən edilib. 1965-ci il təvəllüdlü Bahar Məmmədova Bahar Məmmədovanın 2022-ci il mayında itkin düşməsi faktı üzrə Abşeron rayon prokurorluğu və Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdiyi çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Masazır qəsəbəsində birlikdə yaşadığı evdə tanışı 1969-cu il təvəllüdlü Könül Baxşəliyev tərəfindən qısqanclıq zəminində boğularaq qəsdən öldürülməsi, daha sonra isə həmin evin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Qonşular bildirir ki, qadını öldürən şəxs üzün müddət özünü onun qardaşı kimi təqdim edib. Bahar Məmmədovanın meyitinin basdırıldığı yer Könül Baxşəliyevin istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq ekspert və prokuror-kriminalistin iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Könül Baxşəliyev Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq edilən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
Xədicə Səxavət, Vüsal Qənbərov, APA TV