Qadınların siqaret asılılığı: “Hamiləliyin ilk 3 ayında fetal ölümlərə yol açır”
Fransa alimlərinin araşdırmalarına görə, qadınlar üçün siqareti atmaq daha çətindir. Çünki qadınlar daha az siqaret çəkir və nikotindən daha az asılı olur, amma siqaretdən imtina etmək istəyəndə işlər müşkülə çevrilir. Alimlərin fikrincə, əsas səbəblər qadınlar arasında narahatlıq, depressiya ,artıq çəki və piylənmənin çox olmasıdır. Azərbaycanda da siqaret çəkən xanımların sayı hər il artır. Amma onların əksəriyyəti bu mövzuda müsahibədən yayınırlar. Kimliyini gizlədən müsahibimiz papiros aludəçiliyinə rəfiqələrinə inandığı üçün qurşanıb. Bəzi qadınlar siqaretə iş fasiləsi kimi yanaşırlar, belə deyək, guya bu yolla dincəlirlər. Əslində isə orqanizm yüklənir, ağciyər qaralır. Həkimlərin fikrincə qadınların siqaret çəkməsi onların gözəlliyinə də xələl gətirir. Sozsüz ki, bu aslılıq psixiloji olaraq da pis təsir göstərir. Psixoloqun fikrincə, siqaret əslində beynin yaratdığı aslılıqdır Bu asılılıqdan qurtulmaq isə heç də asan olmur. Buna möhkəm iradə, əzm lazımdır.