Qarabağda tapılan mina və PHS-lər belə məhv edilir

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri işğaldan azad edilmiş ərazilərdə minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri aparır. Görülən işlərlə tanış olmaq üçün Müdafiə Nazirliyi Ağdərə rayonuna media-tur təşkil edib. Əvvəlcə Ağdərə-Tərtər yolunun üzərində və ətrafında döyüş mövqeləri, mühəndis-istehkam qurğuları yerləşdirilmiş, minalar basdırılmış hissəsi ilə tanışlıq olub. Ərazidə tank əleyhinə xəndək və metal kirpilər, tikanlı məftillər, qarışıq tipli mina sahələri və döyüş mövqeləri bir-birini əvəz edir. Bundan başqa, 1730 metrədək yol qar örtüyündən təmizlənib, 13660 metr yeni təminat yolları çəkilib. Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Ərazilərin minalardan təmizlənməsi üçün Türkiyədən “Memat” mina təmizləmə texnikaları da alınıb. Ümumiyyətlə minatəmizləmə fəaliyyəti bir çox qurumlar tərəfindən, ANAMA tərəfindən umumi rəhbərlik edilərək aparılır. Bunun üçün müxtəlif vasitələrdən istifadə olunur. Ərazilərimizin bir qismi həddən çox çirklənmiş bir ərazidir. Buna görə Azərbaycan ordusu 20 ədəd qardaş Türkiyədən Memat tipli mexaniki mina təmizləmə, yəni insansız olan, məsafədən minatəmizləmə vasitələridə alıbdır. Bundan istifadə olunur. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan hərb elmində nəzərdə tutulan standartlara əməl etməyib. Elə ərazilər var ki, bir kvadratmetrdə 6-7 piyada əleyhinə mina tapılıb. İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatlarından sonra verilən məlumatlar onu göstərir ki, Azərbaycan ərazilərində milyon yarımdan artıq mina və partlamamış hərbi sursat var. Sonda Ağdərənin “Gödəkburun” təlim sahəsi ərazisində mina və partlamamış döyüş sursatlarının məhv edilmə prosesi izlənilib. Emin Babayev Fəzail Səfərov

Müəllif | Apa.Tv
Apa.tv