Qax-Zaqatala yolundan keçən hər kəs bu küçə yeməklərinin ləzzətindən danışır
Yaz və yay ayları tətillərin, təbiət qoynuna qaçmağın ən qızğın çağıdır. Belə gəzintilər zamanı isə turistləri aclıqdan və restoran axtarmaq dərdindən xilas edən küçə yeməkləridir. Qax-Zaqatala yolunun üstündə turistlərin həm dincələ biləcəyi, həm də küçə ləzzətlərindən dada biləcəkləri yerlərə rast gəlmək olur. Rayonlara tətilə çıxanların yol kənarında satılan müxtəlif növ qutabların, samovar çayının dadına baxmaq imkanı olur. Bir çoxları da Şimal-Qərb bölgəsinin simvollarından olan maxaraya üstünlük verirlər. Kənd məhsullarından gigiyenik şəraitdə hazırlanan bu yeməklər bura baş çəkən qonaqlar tərəfindən sevilir. Ləziz təamları bişirən aşpazlar son illərdə belə məkanlara olan marağının artmasını burada qiymətlərin daha münasib olması və yeməklərin alıcıların gözü önündə bişirilməsi ilə əlaqələndirirlər.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV