Qaxda dərs vaxtı məktəbin damı uçdu

Şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti Qax rayonu ərazisində fəsadlara səbəb olub. Güclü külək Qax rayonu Ağçay kənd Mərdan Məmmədov adına ümumi məktəb binasının dam örtüyünü uçurub. Hadisə dərs vaxtı baş verib, şagirdlər arasında təşviş yaşanıb. SEYFULLAH HƏMİDOV MƏKTƏBİN DİREKTORU Qax rayonunun Qaxbaş kənd 40 nömrəli uşaq bağçası və Qaşqaçay kənd tam orta məktəbinin də dam örtüyü zədələnib. Qax şəhərində bir neçə obyektin, o cümlədən beşmərtəbəli binanın dam örtüyünə ziyan dəyib. Şəhər ərazisində bəzi ağacların budaqları qırılıb. Güclü külək səbəbindən rayonun bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilələr yaranır. Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV

Müəllif | Apa.Tv
Apa.tv