Qazilər döyüş xatirələrini bölüşdülər

"Kətan, Vətən" adlı sənədli film ictimayyətə təqdim olunub. Ekran əsəri "Azərbaycan Telefilm" studiyasının istehsalıdır. Filmdə rəssamların 6 metrlik panno üzərində öz döyüş xatirələrini, müharibəyə insani və yaradıcı münasibətlərini əks etdirmələrindən bəhs olunur. Filmin rejissoru Rövşən Nicat rəssamların döyüş vaxtı olan yaşantılarını görüntüyə alıb. Filmin təqdimatı çərcivəsində hər iki Qarabağ müharibəsində döyüşən rəssamların əsərlərindən ibarət sərgi də təşkil olunub. Sərgidə əsərləri nümayiş olunan rəssamlar həm də adıçəkilən sənədli filmin qəhrəmanlarıdır. Qeyd edək ki, tədbirdə bir çox tanınmış rəssamlar və mədəniyət xadimləri iştirak edib

Müəllif | Apa.Tv
Apa.tv