Qəbələli sənətkar balqabağı sənət əsərinə çevirir

Qədim dövrlərdən bəri balqabaq yalnız qida kimi istifadə olunmayıb. İnsanlar gündəlik həyatlarının bir çox sahələrində balqabağından istifadə edirdilər. Bu balqabaq nəm udmaq qabiliyyətinə görə duz və düyü saxlanan yerlərdə, mətbəxlərdə, hətta hamamda da kasa kimi istifadə olunurdu. İndiki vaxtda su qabağı ustaların əlində bəzən çilçıraq, bəzən abajur və ya süfrə bəzəyi kimi canlanır. Balqabağa forma verən sənətkarlardan biri də Qəbələnin Vəndam qəsəbəsinin sakini Toğrul Umudovdur. Usta deyir ki, o bunun üçün su qabağından istifadə edir. Sənətkar deyir ki, bu bitki ancaq tam yetişməmiş halda yeyilə bilər. Yetişdikdən sonra bərk hala gəlməsi onun üzərində iş görməyi asanlaşdırır. Bu bitkini sənət əsərinə çevirmək üçün əvvəlcə onu uzun müddət qurutmaq lazım gəlir. Təmizləmə və cilalama prosesi bitdikdən sonra üzəri qələmlə işlənir. Bundan sonra isə balqabaq üzərində oyma işləri aparılır. Toğrul Umudv deyir ki, ölkəmizdən ondan başqa bu sənətlə məşğul olan yoxdur. Sənətkar bildirir ki, bu balqabağı açdıqdan sonra ətrini duymusunuzsa ondan əl çəkə bilmirsiniz. Çünki su balqabağının çox gözəl qoxusu var.

İlham Əhmədov, Taleh İbrahimov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv