Qəbələlilərin qədimdən gələn mətbəx sirri – “Şabalıdlı boğlama”
Azərbaycanda hər rayonun özünə xas yeməkləri və mətbəxi var. Dadlı və tamlı qazan yeməklərindən biri də Qəbələnin Şabalıdlı boğlamasıdır. Bu yeməyi çox vaxt buğlama ilə səhv salırlar. Amma bu yemək buğlamadan çox fərqlidir. Bu yeməyin əsas dadlandırıcısı şabalıddır. Payız-qış aylarında hazırlanan bu qədim yeməyin bişirilməsi üçün bizə ət, yağ, soğan, şabalıd, duz, zövqə görə istiot lazım olur. Soğan bir az qovurulduqdan sonra onun üzərinə ət və şabalıdı əlavə edirik. Əgər şabalıdlar əzilibsə, deməli yeməyimiz hazırdır. Nuş olsun! Qeyd edək ki, şabalıdlı boğlama Qəbələdə qonaqlara təqdim olunan ən dadlı yeməklərdəndir.
İlham Əhmədov, Taleh İbrahimov, APA TV