Qızılın saxta olub-olmadığını necə bilmək olar? – ZƏRGƏR AÇIQLADI
Satıcılar bildirir ki, qızılın saxta olub-olmadığını adi gözlə təyin etmık mümkün deyil. Bunu yalnız qızıl satışı ilə məşğul olan insanlar və zərgərlər xüsusi vasitələrlə müəyyənləşdirə bilər. Zərgərlər deyir ki, qızılın keyfiyyətini yoxlamaq üçün bir neçə üsul var. Bulardan ən məşhuru isə xüsusi yağ və daş vasitəsilə olandır. Qızılın saxta olub-olmadığını daha dəqiq müəyyənləşdirmək üçün isə laboratoriyalara müraciət etmək tövsiyə olunur. Hazırda qiymətli metalara nəzarətlə bağlı dövlət xidməti olmasa da, bəzi sahibkarlar bu xidməti təklif edir. Qeyd edək ki, Azərbaycanda istehsal olunan qızılın da bir hissəsi yerli zərgərlik məmulatlarının hazırlanmasında istifadə olunur. Satıcıların sözlərinə görə, bazarda ən çox tələbat da elə 585 əyarlı yerli qızıladır.
ORXAN ASLAN TURAL ƏLİZADƏ APA TV