13:04 16 Aprel 2021 139

Qurbanlıq qoyunlar neçəyə satılır? - REPORTAJ

Qurban bayramına sayılı günlər qalıb. Elə bu səbəbdən qurbanlıq heyvanların satıldığı ünvandayıq. Elə arxa tərəfdə gördüyünüz kimi, qurbanlıq heyvanların çeşidləri çoxdur. Bəs qiymətləri necə, vətəndaşların cibinə uyğundurmu?

Qurban bayramı ərəfəsində qurbanlıq heyvanların satıldığı məntəqələrdə canlanma müşahidə olunur. Bayramın gəlməsinə 3 gün qalsa da, vətəndaşlar arasında qurbanlığı indidən alanlar kifayət qədərdir:

- Mən artıq qurbanımı kəsmişəm. Kəsmişəm deyəndə, sifariş vermişəm. 200-220 manat arasıdır qiyməti. Məncə, normaldır qiymət. Əlbəttə ki, biz müsəlmanıqsa, qurban kəsmək də bir ibadətdir. Fərz olan ibadətlərdən biridir deyə, biz də bunu yerinə yetirməliyik.

- Biz hər il qurban kəsirik. Mən oğlumla almışam qurbanlığı. Qiymətdə o razılaşıb. Normal qiymətdir.

- Qardaşım iki gündən sonra qurbanlıq kəsəcək. Bayramınızı təbrik edirik. Allah xoş bayramlar qarşılamağı qismət etsin!

- İki gündən sonra bizim İslam dünyasının Qurban bayramıdır. Bununla bağlı hər bir insanın imkan daxilində qurban kəsmək borcudur. Qurban ətlərinin qiyməti ilə bağlı məlumatım yoxdur, amma imkan daxilində qurban alıb kəsəcəm.

İyulun 20-21-də Qurban bayramı münasibətilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Yarmarka Bakı, Sumqayıt və Abşeron ərazisində 7 fərqli ünvanda keçiriləcək.

“Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi Qalib Bəhramov deyir ki, yarmarkanın təşkilində əsas məqsəd karantin qaydalarına uyğun olaraq əhalinin sıx toplaşmasının qarşısını almaqdır: “Artıq dünəndən etibarən “Qurbanlıq qoyunların onlayn sifarişi” platforması vətəndaşların istifadəsinə verilib. Vətəndaşlar qurbanlıqları seçərkən onlara 3 çəki dərəcəsində qurbanlıq təklif olunur. Bunlar 12, 14, 15, 17, 18 və 21 kq-dır. Vətəndaşların sifarişi qəbul olunduqdan sonra onlara SMS bildirişi göndərilir. SMS bildirişində onların əvvəlcədən bəyan etdikləri tarix, saat və satış məntəqəsi qeyd olunur. Yarmarkaya gələrək həmin SMS bildirişi nəzarətçiyə göstərəcəklər və heç bir növbə gözləmədən öz qurbanlıqlarını əldə edə biləcəklər”.

Bayramları pandemiyasız qarşılamaq diləyi ilə Qurban bayramınız mübarək!

Fatma Zahidqızı

Samir Qaragözov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın