Qusarın bu kəndində hamının traktoru var

Bura Qusarın Düztahir kəndirdir. Bu kənddə demək olar ki, hər kəsin həyətində bir T - 16 traktoru var. Kənd sakini Qafur Əmirağayev 20 ildən çoxdur ki, T - 16 markalı traktor idarə edir. Müsahibimiz el arasında “Pat-pat” adlandırılan bu texnikanın dağ kəndləri üçün xeyli əlverişli olduğunu bildirir. Qafur Əmirağayev qeyd edir ki, çətin dağlıq relyefdə T - 16-lar olduqca rahat hərəkət edə bilir. Eyni zamanda bu texnika digər texnikalardan daha az dizel yandırır. Təbii ki, bu da kənd sakinlərinin işinə yarayır. T - 16 traktorları kənd sakinlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarını, gübrələri və digər yüklərin daşınmasını asanlaşdırır. Bu texnikanın təmiri də elə kənddə həyata keçirilir. Təmir üçün lazım olacaq ehtiyat hissələri də kənddə satılır. Burada hətta yanacaqdoldurma məntəqəsi də var. Qeyd edək ki, hazırda 300-dən çox evin olduğu kənddə 200-dən çox qırmızı “pat-pat” var. İnterşum...

Cəfər Talıb, APA TV, Qusar

Müəllif | Apa.Tv
Apa.tv