Rusiya və Çin peyk əleyhinə nüvə qurğusu hazırlayır – Qərb isə cavab verməyə hazırlaşır

Son günlər qlobal güclər arasında yaranmış gərginlik artmaqdadır. Belə ki, Çin ABŞ-la nüvə silahı ilə bağlı danışıqlardan imtina edib. ABŞ Dövlət Departamentin mətbuata verilən məlumata görə, danışıqlara müzakirələrə Vaşinqton və Pekin arasında rabitənin yaxşılaşdırılması, ballistik raketlərin sınaq buraxılışları haqqında xəbərdarlıq sistemi və kosmosda gərginliyin azaldılması səyləri daxil olub. Pentagondan ABŞ mediasına bildirilib ki, Rusiya dünyada ölkələr və şirkətlər tərəfindən idarə olunan bütün peyklər üçün təhlükə yarada biləcək “ayrı-seçkiliksiz” peyk əleyhinə nüvə qurğusu hazırlayır. Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqını (Aİ) müdafiə etmək üçün nüvə silahından istifadə olunması ilə bağlı açıqlama verib. Beynəlxalq Atom Enerjisi Agentliyi bildirib ki, İranın nüvə bombası hazırlamasına yetərli sayılacaq qədər zənginləşdirilmiş uran əldə etməsi üçün bir neçə aya deyil, yalnız bir neçə həftəyə ehtiyacı var. "The Times of Israel" qəzeti isə yazır ki, İranın Ali dini rəhbəri Ayətulla Əli Xamenei 2000-ci illərin əvvəllərində nüvə silahlarının hazırlanmasını yasaqlayan fətva verib və bu hərəkətin İslamın ruhuna zidd olduğunu söyləyib. Qeyd olunub ki, Ancaq İran nüvə silahı əldə etməyə çalışdığını dansa da, İsrail və Qərb ölkənin 2003-cü ilədək aktiv nüvə silahı proqramının olduğuna inanır. Rəsmi Tehran isə öz nüvə proqramının, sadəcə, mülki ehtiyaclar üçün nəzərdə tutulduğunu iddia edir və sözügedən fətvanı səbəb göstərir. Pekinin kosmik tətqiqatlara böyük maliyyə ayırması Tokio, Seul və Dehlini narahat edir. Yaponiya, Cənubi Koreya və Hindistan nüvə mövzusunda, o cümlədən tərksilah və nüvə silahlarının yayılmaması barədə dialoq aparırlar. Dialoqlar zamanı Çinin kosmosdan hərbi məqsədlər üçün də istifadə edəcəyi də bildirilib. Ekspertlərin fikrincə, Pekin kosmosun öyrənilməsində Rusiya və ABŞ-la rəqabət gücünü artırıb. Vaşinqtonda hesab edirlər ki, Çinin növbəti məqsədi aya süni peyk göndərməkdir. Rusiyaya gəldikdə isə, ölkə lideri Putin dəfələlər müsahibəsə və açıqlamalarında lazım gələrsə, nüvə silahından istifadə etməyə hazır olduğunu və buna hazır olduğunu açıq şəkildə bildirib. Bəs görəsən nüvə silahları başqa hansı ölkələrdə var? Ya da qlobal güclər bu silahları hansı müttəfiq ölkələrdə yerləşdiriblər. Məsələn, Rusiya nüvə silahları onlarla hərbi bazada yerləşdirilib və bəzi taktiki nüvə silahları bu yaxınlarda Belarusa köçürülüb. Ən maraqlısı Rusiyanın 2018-ci ildə Polşa ilə Litva arasındakı Rusiya anklavı olan Kalininqradda nüvə gücünə malik “İsgəndər” raketlərinə malik olduğunu təsdiqləməsi ola bilər. ABŞ-nin Avropada yerləşdirdiyi nüvə silahları da var. Belə ki, onlardan 100-ə yaxın qeyri-strateji döyüş başlığı NATO-nun beş ölkəsində – Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədə yerləşdirilib. Müqayisə üçün qeyd edək ki, Rusiyanın 6000-ə yaxın nüvə silahı var ki, bu da dünyanın ən böyük arsenalını təşkil edir və bu silahları qurudan, dənizdən və havadan buraxa bilər. Fransa və Böyük Britaniya Rusiyadan çox geridədir. Fransanın 290-a yaxın nüvə başlığı var və onlar qısa müddətdə həm havadan, həm də dənizdən yerləşdirilə bilər. Böyük Britaniya 2021-ci ildə nüvə silahlarının sayını 225-ə çatdırmaq, 2025-ci ilə qədər isə 260 döyüş başlığına çatdırmaq qərarına gəlib. Avropadan fərqli olaraq, ABŞ-ın böyük bir nüvə silahı ehtiyatı olsa da, Rusiyadan bir qədər azdır, yəni 5,244 ədəd və bura nüvə silahlı sualtı qayıqlar, uzun mənzilli bombardmançı təyyarələr və qitələrarası raketlər daxildir. Polşa da nüvə silahına sahib olmağa hazır olduğunu açıqladı, Baltikyanı ölkələr isə öz hərbi xərclərini artırmaqda davam edirlər. Kalininqrada yaxın olan Baltikyanı ölkələrin mühüm enerji və telekommunikasiya infrastrukturu var və bu, ərazini xüsusilə həssas edir. Ekspertlərin məlumatına görə, 140.000 insanı öldürmək gücünə malik olan 1945-ci ildə Xirosimada buraxılan nüvə silahı kiçik nüvə silahı ailəsinə aiddir. Amma hazırki, nüvə silahları bu silahdan azı 3000 dəfə güclüdür.

Fuad Sadıqov APA TV

Müəllif | Apa.Tv
Apa.tv