Rusiya zəiflədi, Avropa isə asılı vəziyyətə düşdü - HƏDƏF NƏDİR?

 

Ukraynanı Rusiya ilə qarşıdurmaya təhrik edərək müharibəyə sürükləyən ABŞ bu müharibənin bəlkə də yeganə qalibidir. Çünki, savaşın davam etdiyi ərəfədə Ağ Ev Rusiyanın Avropadakı qaz bazarını ələ keçirib. Nəticədə Avropanı özündən asılı vəziyyətə salıb. Politoloq Samir Hümbətovun fikrincə, Amerikanın hədəfi Avropanı poliqona çevirərək, silah satışını artırmaqdır. Siyasi ekspertlər düşünür ki, Amerika bundan sonra da Rusiya-Ukrayna müharibəsinin davam etməsinə çalışacaq. Çünki bu, Vaşinqtonun uzunmüddətli strateji hədəfidir. Müsahibimiz onu da əlavə etdi ki, ABŞ hərbi sənayesinin qazancı artır, qlobal qeyri-sabitlik fonunda bu, Lockheed Martin, General Dynamics və Northrop Grumman kimi şirkətlər üçün daha güclü satış gözləntiləri deməkdir. Bu yolda qurban verilən isə Ukrayna dövləti və xalqıdır.

AYTƏN SAKİTQIZI APA TV

Müəllif | Apa.Tv
Apa.tv