Saatlıda Alman izləri – “Hamısı uzun idilər, hər üç gündən bir, biri-ikisi ölürdü”
Tarixi binaları ilə diqqət çəkən Cəfərxan kəndi bir zamanlar Alman əsirlərin saxlanıldı yaşayış məntəqələrindən biridir. Kənddə yerləşən, 1929-cu ildə inşa edilən bu inzibati binada bir çox mənbələrdə 200-ə yaxın, bəzi mənbələrdə isə 200-dən çox alman əsiri saxlanıldığı bildirilir. Burada yaşayan əsirlər müxtəlif kənd işlərinə cəlb olunublar. Vəfat edən əsirlər kəndin kənarında yerləşən ərazidə basdırılıb. Ərazisi 1840 kvadrat metr olan Cəfərxandakı alman qəbiristanlığı 2001-ci ildə ölkəmizdə fəaliyyət göstərən Almaniya səfirliyi tərəfindən bərpa olunub. Burada 237 hərbi əsirin dəfn olunduğu bildirilir. Alman əsirlərin bu kənddə yaşadığı dövrün canlı şahidi, 93 yaşlı Bayram kişi yaddaşında qalanları bizimlə bölüşdü. Bu gün alman qəbirləri Azərbaycanın müxtəlif yerlərində yerləşir. Əsasən bu qəbiristanlıqlar, hərbi əsirlərin tikinti işlərinə cəlb olunduğu yerlərdə yerləşir. Əlibəy Zeynallı Elçin Həsənov APA TV