Sakinlər kəndi tərk etdi, amma kənd məscidini qoruyub saxlayırlar – Ordubad

Ordubadda, Araz sahillərindən bir az yuxarıda, dağların arasında bir kənd var. Uzun illərdir ki, sakinləri bu kəndi tərk edib, evlər dağılıb, oba səssizliyə qərq olub. Bura yuxarı Kotam deyirlər. Kəndin yaşı çox qədimlərə gedib çıxır. Camaat buradan köçsə də kənddə yerləşən məscidi qoruyub saxlayırlar. Deyirlər bu kəndin heç vaxt yolu olmayıb. Keçmiş sovet hakimiyyəti dövründə kəndə yalnız atla, eşşəklə gedib-gəliblər. Ta ki, 1959-cu ilədək... İlk olaraq dəmir yolunda işləyənlər, sonra isə digər sakinlər kənddən köçüb, bir qədər aşağıda, Arazın lap yaxınlığında Yeni Kotamı yaradırlar. Ordubad rayonunda Araz və Ketam çayının sahilində, dağətəyi ərazidə yerləşən bu kəndin adı qədim türk toponimlərinə görə, dağlar arasında qərar tutan yaşayış bölgəsi kimi izah edilir. Böyük tarixə malik bu kənd heç vaxt tarixini, keçmişini unutmayıb. Yerli əhali bayramlarda, önəmli günlərdə köhnə Kotama gedərək, buradakı qəbirləri ziyarət edir, tarixi abidə kimi qorunan məsciddə ehsan verirlər.

Ceyhun Məmmədov, Əli Xudyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv