Şəhər boyu uzanan taktil zolaqları nədir? - PAYTAXTDA VAR, BÖLGƏLƏRDƏ YOX
Görmə məhdudiyyətli şəxslər ictimai yerlərdə onların təhlükəsiz hərəkəti üçün xüsusi köməkçi vasitələrin azlığından şikayətlənirlər. Paytaxtın mərkəzindəki bəzi yerlərdə, məsələn, səkilərin üzərində xüsusi zolaqlar, işıqforlarda səs siqnalları və s. var, lakin bu kifayət qədər deyil. Tarix müəllimi olan Ülvi deyir ki, görmə məhdudiyyətli şəxslər əsasən ictimai nəqliyyatda problemlə qarşılaşırlar. Məsələ iə bağlı mövqeyini öyrəndiyimiz "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirildi ki, bütün sosial kateqoriyalardan olan sərnişinlərin metrodan rahat istifadəsini təmin etmək üçün tədbirlər görülür. Əsaslı təmir olunan bütün stansiyalarda taktil zolaqlar təşkil olunub. Digər stansiyalarda da bu addımların genişləndirilməsi nəzərdə tutulur. Görmə məhdudiyyətli şəxslər üçün köməkçi vasitələr paytaxın bəzi hissələrində olsa da, bölgələrdə ümumiyyətlə yox dərəcəsindədir. Bu da regionlarlarda yaşayan bu kateqoriyadan olan insanların ictimai yerlərdə hərəkəti zamanı çətinlik yaradır. Beynəlxalq təcrübədə əliliyi olan şəxslərin həyatını rahatlaşdırmaq üçün çox iş görülür. Deputat Fazil Mustafa deyir ki, ölkəmizdə də gözdən əlil vətəndaşların hüquqlarının qorunması istiqamətində ciddi addımlar atılmalıdır. Əlilliyi olan şəxslərlə bağlı problemlər kompleks həllini tapmalıdır. Sosial Xidmətlər Agentliyindən bildirildi ki, fəaliyyət istiqamətlərinə uyğun olaraq gözdən əlilliyi olan şəxslərin sosial reabilitasiyası məqsədilə iş aparılır.
ORXAN ASLAN VÜSAL BAYRAMOV APA TV