Selfi zamanı 399 nəfər ölüb: “İnsanlar populyarlıq üçün təhlükəli çəkilişlər edir”

İnsanlar selfi vasitəsilə nə iləsə bağlı xatirələrini bölüşmüş olurlar. Bu üsulun vaxtaşırı halı normal qarşılanır, mütəmadilik isə artıq vərdişdir. Və bu vərdişin heç də həmişə yaxşı sonluğu olmur. Psixoloq Dəniz Umarova bu vəziyyəti psixoloji narahatlıq adlandırır. Psixoloq bildirdi ki, selfi ilə bağlı insanlarda psixoloji narahatlıq olduqda Koqnitiv Davranış Terapiyası təklif olunur. Əvvəlcə insanın nə üçün selfi etdiyi araşdırılır və sonra yardım planı hazılrlanır. Həmçinin bəzi insanlar şəkli sırf sosial media üçün çəkir, müxtəlif effektlərdən istifadə edir və özünü olduğundan fərqli göstərir. Səbəb isə digərləri ilə rəqabət və diqqət mərkəzinə düşmək cəhdidir. Sonda qeyd edək ki, Azərbaycanda selfi çəkilişləri zaman ölüm hallarının yaşanması barədə müvafiq qurumlara sorğu göndərmişik. Cavab gəldiyi təqdirdə bu haqda məlumat veriləcək.

Nuray Qədirli Arif Əliyev APA TV

Müəllif | Apa.Tv
Apa.tv