Şəmkirdə dəhşət: Qaz sobasının üstündə yanaraq öldü

 

Şəmkir sakini evində yanaraq ölüb. Hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Ölən şəxs 57 yaşlı kənd sakini Əliyev Elçin Əmir oğludur. Mərhumun qonşuları onun çox sakit bir insan olduğunu bildiriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV

Müəllif | Apa.Tv
Apa.tv