“Senzuranın ləğvi Azərbaycan mediası üçün yeni nəfəs oldu”
Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib. Konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, deputatlar, həmçinin ölkəmizdə fəaliyyət göstərən media orqanlarının rəhbər şəxsləri və media mənsubları iştirak ediblər.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov da Ümummilli Lider Heydər Əliyevin mediaya olan diqqətindən danışıb. Mətbuat Şurasının sədri Rəşad Məcid jurnalist tənqidinə yaradılan şəraitdən bəhs edib. Tədbirdə Ulu Öndər Heydər Əliyev barədə fotosərgi və videoçarx da nümayiş olunub. Yekunda "Heydər Əliyev Azərbaycandır!” ikihissəli filmdən qısa xülasə nümayiş edilib.
AYTƏN SAKİTQIZI RASİM BƏHRAMİ APA TV