Sərnişinlər imdad edir: “Bağlı karopkada aparırlar elə bil, hara getdiyimi görmürəm”
Son zamanlarda avtobus pəncərələrinin kommersiya məqsədilə reklamlarla tam əhatə olunduğunu görürük. Bununla bağlı qaynar xəttimizə gələn müraciətlər də onu deməyə əsas verir ki, sakinlər avtobuslarda pəncərəni örtən, görməni məhdudlaşdıran vinillərdən şikayətçidirlər. Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz AYNA-nın mətbuat katibi Tural Orucov bildirdi ki, avtobuslarda reklamların quraşdırılması reklam haqqında qanunun tələblərinə uyğun şəkildə aparılmalıdır. Qeyd edək ki, reklamdan içərisi görünməyən bu cür avtobusların əksəriyyətinin “Xaliq Faiqoğlu” MMC-ə aid olduğunu gördük. Qurumdan bildirildi ki, avtobusların üstünə vurulan vinillər metrodakı ilə eynidir və görüntünü məhdudlaşdırmır. Sərnişinlərin şikayətləri isə onu deməyə əsas verir ki, normal havalarda reklamların arasında olan balaca dəliklərdən yolu görsələr də, yağışlı və dumanlı havada bu ümumiyyətlə mümkün deyil.
LƏMAN SALEHOVA RASİM BƏHRAMİ APA TV