Şərurun bu kəndində payız – qış aylarında qadınlar bu işlə məşğul olur
Bura Şərurun Tənənəm kəndidir. Təmiz havası, qədimliyi, insanlarının uzunömürlülüyü ilə diqqət çəkən kəndin sakinlərinin məşğuliyyəti başqa kəndlərdəki kimidir. Buranın insanları da əkinçilik, maldarlıq, arıçılıq kimi kənd adamının məşğul ola biləcəyi işlə məşğuldur. Amma Tənənəm sakinlərinin bir məşğuliyyəti var ki, buna hər kənddə rast gəlməzsiniz. Ta qədim zamanlardan bu kənddə ... Xalçaçılıq sənəti bu gün də Tənənəmdə nənələrimizin əlinin sığalı, ürəyinin istisi ilə yaşadılır. Bu sənət Tənənəmlilərə ata-babadan qalıb. Tənənəm hər yerdə xalçası ilə tanınır. İndi burada, xüsusilə, payız-qış aylarında evlərdə xana qurulur, xalça toxunur, qızlara cehiz hazırlanır. Burada toxunan xalça üçün lazım olan ip, boya, əriş təbii yolla hazırlanır. Kəndin xalçaçıları deyirlər ki, xalça toxumaq, onu kiməsə öyrətmək zaman alan və diqqət tələb edən işdir. Tənənəmin bu günə kimi qorunan adətlərindən biri də odur ki, burada hər gün təndir çörəyi bişirilir. Qeyd edək ki, Naxçıvanın ən qədim yaşayış məskənlərindən sayılan bu kənd dəniz səviyyəsindən 1500 m yüksəklikdə yerləşir.
Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV