Silahlı Qüvvələr günündə Hərbi Qənimətlər Parkına ziyarətçi axını - REPORTAJ

Bu gün 26 iyundur. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 103 il ötür. Azərbaycan Ordusu ilk dəfədir ki, bu günü qalib ordu kimi qeyd edir.


Biz bu günü xüsusi fəxr və qürur hissi ilə qeyd edirik. Bu səbəbdən Hərbi Qənimətlər Parkına üz tutan vətəndaşların sayı çoxluq təşkil edir.


Havanın çox isti olmasına baxmayaraq, parka axın edən ziyarətçilər Silahlı Qüvvələr günü münasibətilə Azərbaycan hərbçilərini təbrik edib, qazanılmış qələbə üçün onlara minnətdarlıqlarını bildiriblər.


Ziyarətçilər arasında bölgələrdən gələn vətəndaşlar da var.


Vətəndaşların Hərbi Qənimətlər Parkını ziyarəti gün ərzində davam edib.


Semral Cavad

Xaqani Hüseynov

Müəllif | Apa.Tv
Apa.tv