Şirvanda oğul atasını niyə qətlə yetirib?
Şirvanda oğul atasını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisə yanvarın 8-də Şirvan şəhəri Süleyman Bağırov küçəsində yerləşən binanın ikinci mərtəbəsində qeydə alınıb. Aralarında yaranan mübahisə zəminində 1979-cu il təvəllüdlü (44 yaş) Şərifov Seymur Allahverdi oğlu atası 1950-ci il təvəllüdlü (74 yaş) Allahverdi Şərif oğlu Şərifovu 10-dan çox bıçaq zərbəsi ilə qətlə yetirib. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib. Meyitin üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar edilib. Mübahisə zamanı ata və oğulun içkinin təsiri altında olduqları ehtimal olunur. Qonşular ata və oğulun bir evdə tüfeyli həyat tərzi yaşadıqlarını bildiriblər. Sakinlər iddia edir ki, hər gün ata və oğulun içkili vəziyyətdə mübahisə etdiklərinin, onların bir-birlərini söyməsinin, bəzən içkili vəziyyətdə blokun qarşısında yatdıqlarının da şahidi olublar. Səs-küydən narahat olan qonşular onların bu hərəkətlərindən bezdiklərini də qeyd ediblər. Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, araşdırmalarla 1979-cu il təvəllüdlü Seymur Şərifovun Şirvan şəhəri 28 May küçəsində yerləşən mənzildə aralarında yaranmış mübahisə zamanı atası Allahverdi Şərifova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Qətl hadisəsi ilə bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Seymur Şərifov iş üzrə şübhəli şəxs qismində tutulub.
Əlibəy Zeynallı Elçin Həsənov