Sistemə sızıb suyu zəhərlədilər – SÜNİ ZƏKANIN TƏHLÜKƏLƏRİ
Sistemə sızıb suyu zəhərlədilər – SÜNİ ZƏKANIN TƏHLÜKƏLƏRİ – APA TV Robotlar nəzarətdən çıxır, insanlara hücum edir, dəhşətli hadisələr törədir. Belə fantastik kadrları indiyə kimi yalnız filmlərdə görmüşük. Gələcəkdən xəbər verən filmlərin qəhrəmanları olan robotlar bu gün süni zəka ilə sıx əlaqəlidir. Son 5 ildir ki, dünyada süni intellekt gündən-günə daha da inkişaf edir. Çətin hesablamalarda və digər tapşırıqların həyata keçirilməsində süni zəkanın rolu böyükdür. Lakin hər bir texnologiyanın gələcəkdə görülə biləcək riskləri var. Bunlardan ən geniş yayılmışı hesabların oğurlanmasıdır. Süni zəka ilə idarə olunan sistemə sızma nəticəsində ondan tamamilə başqa istiqamətdə də istifadə etmək mümkündür. Belə kiberhücumlar zamanı ciddi təhlükələr meydana gələ bilər. Hazırda süni zəka ilə əlaqəli olan robotexnika hələ inkişafının ilkin mərhələsindədir. Gələcəkdə isə bu texnologiyanın inkişafı ilə ona sızma halları da mümkünldür. Beləliklə, bir vaxtlar filmlərdə robotlarla bağlı gördüyümüz səhnələrin gələcəkdə reallaşması istisna deyil. ORXAN ASLAN VÜSAL BAYRAMOV APA TV