Sonuncu almanın evi necə muzeyə çevrildi?
Göygöl şəhərində 6 küçə Almanlar tərəfindən salınıb. Hansı ki, bu küçələrdə həmin dövrün alman memarlığına xas olan 600 yaxın evlər tikilib. Həmin evlərdən biri də Göygöldə yaşamış sonuncu Alman Viktor Klaynın evidir. Göygöl şəhərin Aydın Hacıyev küçəsində yerləşən Klaynın evi 1886-cı ildə inşa edilib. Onun evi ötən il qədimliyini qorumaqla əsaslı şəkildə təmir bərpa edilib. Viktor Klayn 1935-ci il Göygöl şəhərində anadan olub. Uzun ömür yaşayan Kalynın atası rus, anası isə alman olub. O, ixtisasca radiotexnik olub. Ailə qurmayıb. 1941-ci ildə SSRİ ərazisində almanları sürgün edəndə qarışıq ailələri sürgün etmirdilər. Bu səbəbdən də onun ailəsi sürgün edilməyib. Viktor Klayn həm də gözəl səsə malik olub. Klayın evindəki olan əşyaların hər bir maraqlıdır. Eksponatların əksəriyyəti almanlar bura köçən vaxt özləri ilə gətirdikləri əşyalardır. Bəziləri isə Viktor Klaynın anasının əl işləridir. Viktorun kitabxanası da alman kitabları ilə zəngindir. 72 yaşında dünyasını dəyişən bu almanın evinin bütün əşyaları qeydiyyata götürülüb və dövlət tərəfindən qorunur. Rayonda yerləşən bütün alman evləri kimi Viktorun evinin altında da böyük zirzəmi var. Bu zirzəmilərdən həmin dövrlərdə soyuducu kimi istifadə edirlərmiş. Almanların Göygöldə əsas məşğuliyyəti isə üzümçülük və şərabçılıq olub. Vitorunda şərabçılığa böyük marağı olub. Qeyd edək ki, Viktor Klayn 2007-ci ildə 72 yaşında dünyasını dəyişib. Yerli əhali onu öz vəsiyyəti ilə rayonda yerləşən Alman qəbiristanlığında doğmalarının yanında dəfn edilib.
Fuad Nazimoğlu Elşad Cəfər APA TV Göygöl