Sumqayıtda ən çox qəza olan yolda – Sürücülər də çaşbaş qalıb, piyadalar da

Sürücülər də mütəxəssislər də deyir ki, yol nişanları uzaqdan diqqət çəkməlidir ki, piyada da, sürücü də onu görsün. Sürücülər bildirir ki, yağış altında yuyulub gedən, ağacların arxasında gizlənən yol nişanları ilə uzağa getmək çətindir. Ekspertlər bildirir ki, Sumqayıtda yol nişanları ilə bağlı ciddi problemlər var. Sumqayıtın ən çox qəzalar baş verən yollarından biri 4-cü mikrorayon ərazisində yerləşir. Burada da qəzaların əsas səbəbi yol nişanlarının olmamasıdır. Ekspert Eldar Bəşirov bildirir ki, şəhər ərazisində bəzi yerlərdə ehtiyac olsa da yol nişanı yoxdur. Bəzi yerlərdə isə ehtiyac olmadığı halda eyni nişandan bir neçə ədəd var. Elə yollar var ki, orada nəinki yol nişanı problemdir, hətta piyadalar da nəzərə alınmayıb. Yol nişanlarının ağacların arxasında gizlənməsi ilə bağlı Baş Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxladıq. İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirdi ki, yol nişanlarının qarşısını kəsən maneələrə nəzarət edilir. Bu açıqlamadan sonra ağacların budanması ilə bağlı aidiyyəti üzrə maraqlandıq. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsindən nişanların qarşısını kəsən budaqlarla əlaqəli bildirildi ki, Sumqayıt şəhər regional Siqnal İdarəsinin əməkdaşları ilə birlikdə 2 aydan bir yollarda nişanlara baxış keçirilir, problemli ərazilərdə idarənin göstərişi ilə ağaclar budanır. Sözü gedən ərazilərdə də baxış keçiriləcək və problem aradan qaldırılacaq Ehtiyac olan ərazilərdə yol nişanlarının olmaması məsələsinə gəlincə isə ... Piyada səkilərində olan problemlə əlaqədar Sumqayıt şəhər icra hakimiyyətindən bildirildi ki, mövcud problem səkilərin təmiri və bərpası zamanı aradan qaldırılacaq. Həmçinin qeyd edilib ki, qeyd olunan problemlə bağlı artıq aidiyyəti qurumlara məlumat verilib. Qeyd edək ki, 4-cü mikrorayon ərazisində etdiyimiz çəkilişdən dərhal sonra yolda yol nişanları quraşdırılıb.

XƏDİCƏ SƏXAVƏT VÜSAL QƏNBƏROV

Müəllif | Apa.Tv
Apa.tv