Sumqayıtda qəribə ölüm-qayınana gəlininin ölümünü oğluna xəbər verdikdən sonra öldü

 

Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ürəyi partlayıb. Hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Şirvan yaşayış massivində qeydə alınıb. 1982-ci il təvəllüdlü Nuranə Məhəmməd qızı Məmmədova yaşadığı evdə uzun sürən beyin quruması xəstəliyindən vəfat edib. Onunla eyni ünvanda yaşayan qayınanası, 1952-ci il təvəllüdlü Gülnaz Nüsrəddin qızı Məmmədova gəlininin vəfatından sonra oğluna zəng edib Nuranə Məmmədovanın ölümünü xəbər verdikdən sonra ölüb. Ailənin məlumatına görə, Gülnaz Məmmədova təzyiq xəstəsi olub və gəlinin ölümündən həyəcanlanaraq vəziyyəti pisləşib və ölüb. Məlumat üçün bildirək ki, Nuranə Məmmədovanın iki övladı var.

Xədicə Səxavət, Əli Əliyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv