18:15 7 noyabr 2023 621

Sumqayıtda yaşlı kişi 13 yaşlı oğlanı pəncərəsinin altında oturduğu üçün bıçaqladı

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb. 2010-cu il təvəllüdlü şərti adi Ə. Q olan yeniyetmə bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona xəsarət yetirməkdə 1938-ci il təvəllüdlü Qənbərov Şahhüseyn Ramazan oğlu şübhəli bilinir. İlkin məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib. Yaralanan yeniyetmə bildirir ki, hadisə yaşlı kişinin pəncərəsininyaxınlığında oturduğu üçün baş verib. Müshibə.... Hadisə baş verən ünvanda olduğumuz zaman qonşular ərazidə yaşayan uşaqlarla həmin şəxs arasında tez-tez münaqişə yaşandığını qeyd etdilər. Qonşular hadisəni törətməkdə şübhəli bilinən şəxsdən narazılıqlarını dilə gətirdilər. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xədicə Səxavət, Əli Əliyev, APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın