Sumqayıtın bu hissəsini görmüsünüzmü? – Buranı almanlar yox, yerlilər salıb
Yolu Sumqayıtın bu ərazisindən keçənlər heyrətini gizlədə bilmir. “Kotec” qəsəbəsi kimi tanınan bu ərazinin insanları heyrətə salmasının səbəbi bütün evlərin hasarlarının, damlarının hündürlüyünün eyniliyi, hətta həyətyanı torpaq sahələrinin də eyni böyüklükdə olmasıdır. Burada olan evlərin hətta otaq sayı da eynidir. Sumqayıtda məskunlaşan almanlar, avstriyalılar və macarlar ilk növbədə taxta baraklar, yataqxanalar, işləmək üçün emalatxanalar tikmişdilər. Bu evlərin tikintisini isə bölgələrdən Sumqayıtda fəaliyyət göstərə zavodlarda işləməyə gələn insanlar həyata keçirib. Şəhər inkişaf etdikcə zavodlarda işləməyə gələnlərin də sayı artdı. Bu insanların isə ailələri ilə yaşamaları üçün evə ehtiyacları var idi. Bəs görəsən bu evlər içəridən necə görünür? Elə bunu görmək üçün Aslanovlar ailəsinin qonağı oluruq. Onlar deyir ki, ər-arvad çiyin –çiyinə öz evlərini inşa ediblər. Tikintisinin üzərindən 60 ildən çox vaxt keçsə də, bəzi evlərə əlavələr edilsə də bu evlər indi də “Kotec” qəsəbəsində ilk görünüşünü itirmədən qalmaqdadır.
Xədicə Səxavət, Əli Əliyev, APA TV