Sumqayıtlılar mənzil başına çatmaq üçün zamanda səyahətə çıxırlar

Sumqayıtdan Yaşma bağları, Şirvan və Tağıyev adına qəsəbəyə gündəlik məktəbə, işə gedib gələnlər kifayət qədərdir. Həm gedəndə, həm də qayıdanda dayanacaqda saatlarla gözləmək onların gününün yarısını alır. Çünki 3 saylı marşrut avtobusları çox böyük intervalla işləyir və avtobuslarda dəhşət sıxlıq olur, buna görə də heç kəs minə bilmir. Xəttə az sayda avtobus verilib, üstəlik onlar da xarab olub yarı yolda qalanda sakinlərin işi çətinləşir. Camaat 25 -30 dəqiqə soyuq havada gözləməli olur. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun mətbuat katibi Tural Orucov vətəndaşların müraciəti əsasında 3 saylı marşrut xəttində interval müddətinin azaldıldığını, avtobusların isə sayının artırıldığını bildiri Bu açıqlamadan sonra sakinlər gözləri yolda, qulaqları səsdə xəttə fəaliyyət göstərən avtobusların sayındakı artımı, dayanacaqda da görmək üçün yol gözləyirlər. İndi sakinlərin ümidi bundan sonra mənzil başına çatmaq üçün zamanda səyahətə çıxmalı olmayacaqlarınadır.

Xədicə Səxavət, Əli Əliyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv