Süni torpaq sahələri təbii fəlakətə səbəb ola bilərmi?
İqtisadçı ekspert bildirdi ki, süni torpaq sahələrinin yaradılması turizm potensialını artırır. Əvvəldə dediyimiz kimi, iqtisadçılar bu mövzuda eyni mövqeyi bölüşmürlər. Dənizdə torpaq sahələrinin yaradılmasının iqtisadi plusları ilə razılaşmayanlar da var. Digər iqtisadçı ekspert qanunun qəbul ediləcəyi halda insanların Xəzər dənizində əlçatanlıq məsələsində ciddi risklərlə üzləşəcəyini düşünür. Məsələnin ekoloji tərəflərinə keçid alsaq, deməliyik ki, Azərbaycanda turizm sahələri üçün yaradımış adalar mövcuddur və son illər dəniz səviyyəsinin geriyə çəkilməsi nəticəsində bu adaların sahəsi biraz da genişlənib. Ekoloqun fikrincə, qurudulma üçün lazım olan torpaq dənizin dibindən çıxarılsa, digər torpaq qatlarına da zərər dəyməz. Məlumat üçün qeyd edək ki, süni torpaq sahələrinin yaradılması müxtəlif ölkələrdə uğurla tətbiq olunmaqdadır. Məsələn, Niderland, BƏƏ, Çin, Almaniya, ABŞ və Yaponiyada süni torpaq sahələri var. Bu, əkin sahələrinin artmasına, topraqların eroziyasının azalmasına və məhsuldarlığın çoxalmasına imkan yaradır. Su təsarrüfatı və qida təhlükəsizliyinin təminatı faydalı nəticələrdəndir.
Aygün Carçıyeva, Vüsal Bayramov, APA TV