“Şuşa çox əhəmiyyətli turizm məkanına çevriləcək” – Baş katib

 

“Şuşa çox əhəmiyyətli turizm məkanına çevriləcək” – Baş katib Dövlət Turizm Agentliyi və İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü” keçirilib. Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran və Pakistan daxil olmaqla təşkilatın 9 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb. Bildirib ki, əsas məqsəd Azərbaycanı ən çox ziyarət olunan turizm məkanlarından birinə çevirmək, turizmin iqtisadiyyatda payının artmasına nail olmaqdır. Fuad Nağıyevin sözlərinə görə, hazırda Dövlət Turizm Agentliyinin tabeliyində 3 turizm təhsili ocağı kimi bir universitet, bir kollec və bir turizm peşə məktəbi var. Ümumiyyətlə isə, ölkəmizdə 17 ali təhsil müəssisəsində turizm ixtisası üzrə təhsil verilir. O, Qarabağ Universitetində turizmlə bağlı da ixtisasların olacağını deyib. “Şuşa şəhəri 2026-cı il üzrə turizm paytaxtı elan edilib. İnanırıq ki, yaxın gələcəkdə Şuşa Azərbaycanın çox tanınmış və tez-tez səfər edilən məkanlarından birinə çevriləcək.” Bu sözləri isə İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri söyləyib. Tədbirdə “Dövlət, Təhsil və Sənayenin Əlaqələndirilməsi: turizm təhsilində ən yaxşı təcrübələr”, "Kurrikulum tərtibatı: gələcək tələbat üçün turizm təhsilinin yaxşılaşdırılması”, “İnnovasiya və Texnologiya: turizm təhsilində yeni trendlər” mövzusunda panel müzakirələr keçirilib. AYNUR QARA RASİM BƏHRAMİ APA TV

Müəllif | Apa.Tv
Apa.tv