Şuşa növbədənkənar prezident seçkilərinə hazırdır
Şuşa prezident seçkilərinə hazırdır. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasındakı 105 saylı seçki məntəqəsində 1189 nəfər seçici qeydə alınıb. Məntəqə üzrə yalnız bir nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Qarabağın işğaldan azad edilmiş bütün ərazilər ki, Əsgəran qəsəbəsində də president seçkilərinə hazırlıq tarixi qələbədən qaynaqlanan xoş ovqatla müşahidə olunur. Burada 209 nəfər seçici səs verəcək. Seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlər ilə təmin olunub, orada seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr yaradılıb. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Prezident seçkilərində 7 namizəd mübarizə aparacaq.
Mirmehdi Ağaoğlu, Arif Əliyev, APA TV