Taksilərdə kamera tələbi: “Necə alım, evi zorla dolandırıram?!”
Taksilərdə kamera tələbi: “Necə alım, evi zorla dolandırıram?!” – APA TV Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblərə əsasən, taksilərə videokameralar quraşdırılmalıdır. Bu kamerlar bütün salonu əhatə etməli və qeydə aldığı məlumatları azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz olunmalıdır. Nəqliyyat ekspertlərinin fikrincə, taksilərdə kameraların müsbət tərəfi ondan ibarətdir ki, mübahisəli məqamlara bu vasitə ilə aydınlıq gətirmək mümkün olacaq. Amma bunun mənfi tərəfi də var. Bu kameraların quraşdırılmasında yaranan xərclərlə bağlıdır. Qeyd edək ki, Nazirlər Kabinetinin taksi minik avtomobilləri ilə bağlı təsdiqlədiyi qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir.
ORXAN ASLAN VÜSAL BAYRAMOV APA TV