Tarixi binaların fasadlarındakı fəsadlar
Tanınmış memar, professor Elçin Əliyev deyir ki, şəhərimizdə tarixi memarlıq abidələrinin xarici görünüşünə xələl gətirilməsi halları çoxdur. Antenalar, kondisionerlər, reklam lövhələri, artırma eyvanlar, qeyri-peşəkarcasına, yəni “laqonda” ilə fasadların dırnaqarası bərpası şəhərin siması sayılan tarixi binaların görünüşünün korlanmasına səbəb olur. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə bildirilib ki, ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin qorunması, mövcud qanunvericilik çərçivəsində istifadəsi istiqamətində təbliğat və maarifləndirmə işləri davam etdirilir. İstifadəsində və ya mülkiyyətində abidələr olan şəxslərlə əməkdaşlıq nəticəsində abidələrin bədii-estetik görkəminə, tarixi əhəmiyyətinə, xarici quruluşuna, konstruktiv dayanıqlığına xələl gətirən hallar aradan qaldırılır.
ORXAN ASLAN ARİF ƏLİYEV APA TV