Toya getdikləri gün evləri yandırıldı, toy paltarından başqa heç nələri qalmadı

Soyuq və şaxtalı qış günlərində Xankəndinin evləri boş qaldı, yandırıldı, yağmalandı. 1988-ci ilin qışında ermənilər bu şəhərin sakinlərini evlərindən qovub özləri soxuldular. Uzun illər bu şəhər gözü yolda, qulağı səsdə yadlara qucaq açdı. Ta ki, getmək sırası ermənilərə gəlib çatan günə kimi. Bu gün isə bahar özü ilə istilik, sevinc gətirib Xankəndiyə. Çünki bu gün Xankəndinin doğmaları geri qayıdıb, şəhərin küçələrində öz ata ocaqlarının axtarışındadır. Keçmişin xatirələri ilə dolu evə qədəm qoymanın həyəcanını ilə ermənilərin bu evlərdə qonaq kimi keçən yaşantılarına olan təəccüb bir-birinə qarışıb. 12 yaşında isti ocağını tərk etmək məcburiyyətində qalan ailələrdən biri də Anar Quliyevin ailəsidir. Onun ailəsi iki dəfə öz evini tərk etməyə məcbur qalıb. İllər əvvəl ailəsi ilə birlikdə doğma Xankəndini tərk etmək məcburiyyətində olan Rövşən Mirzəyev də uzun illərdən sonra evinə qayıtmağın sevincini yaşayır. Ancaq Təranə Əhmədova üçün evə qayıtmaq elə də asan deyil. Çünki getməyə məcbur qaldıqları vaxt ermənilər onların gül-çiçəkli, mermeyvəli bağla əhatə olunan evlərini yandırıb. Evin yerində tikinti aparıb, yanan divarların köksündən qopardılan hisli daşları da bir küncə yığıblar. Tezliklə, Xankəndidə də yıxılan evlərin yerində yeni bir həyat çiçəklənəcək, Xankəndi sakinləri erməni tapdağına çevrilən evlərinə yeni nəfəs verəcəklər, ümid gətirəcəklər.

Emin Babayev, Fəzail Səfərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv