Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü Gəncədə qeyd edilib

Gəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib. Recep Öztop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 100-cü ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi məktubu oxuyub. Baş konsul bildirib ki, Azərbaycanla Türkiyə hər zaman bir-birlərinə dəstək olub. Diplomat Azərbaycan ilə Türkiyə arasındakı uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətlərindən danışıb. Konsul çıxışında, Türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Cümhuriyyətinin bugünkü inkişaf və tərəqqisindən də bəhs edib. Tədbirdə çıxış edən natiqlər Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100-cü ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib. Türkiyə Respublikasına davamlı sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzulayıblar. Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.

Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV

Müəllif | Apa.Tv
Apa.tv